“Arsenal”dan ayrıla bilər
“Arsenal”ın əsas heyətində möhkəmlənə bilməyən Kristian Moskera komandanı tərk edə bilər.
Sportline.az xəbər verir ki, ispaniyalı müdafiəçinin xidmətində “Benfika”, “Fənərbaxça”, “İnter”, “Əl-Nəsr” və “Əl-Hilal” klubları maraqlıdır.
“İnter” 22 yaşlı futbolçunu satınalma hüququ ilə icarəyə götürməyi nəzərdən keçirir. “Topçular” isə Moskeranı təxminən 50 milyon avro dəyərləndirir.
Müdafiəçi cari mövsümdə İngiltərə Premyer Liqasında “Arsenal”ın heyətində cəmi 2 oyunda meydana çıxıb. Onun komandası UEFA Çempionlar Liqasının liqa mərhələsinin son turunda, yanvarın 27-də Azərbaycan çempionu “Sabah”ı qəbul edəcək.