"Beşiktaş" "Hapoel"ə qarşı

UEFA Avropa Liqasının liqa mərhələsində 5-ci tura start verilir.

Sportline.az xəbər verir ki, "Beşiktaş" "Hapoel Ber Şeva" ilə qarşılaşacaq.

İstanbul klubu görüşə optimal heyətlə çıxacaq.

"Hapoel"də isə itkilərin sayı çoxdur. Matan Baltaxa, Ofir Marsiano, Eliel Peretz, Lukas Ventura və Dan Biton zədəlidir.

Qeyd edək ki, "Beşiktaş" - "Hapoel" görüşü bu gün Bakı vaxtı ilə saat 21:45-də başlanacaq.