"Arsenal"dan 60 milyon avroluq transfer
"Leipziq"in futbolçusu Antonio Nusa karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
Sportline.az xəbər verir ki, "Arsenal" norveçli sol cinah vingerini heyətinə qatmaq niyyətindədir.
Bu haqda "Football İnsider" nəşri məlumat yayıb.
Qeyd edək ki, "Arsenal" A.Nusa üçün 60 milyon avro ödəməyə hazırdır.