Aleks Skott "Çelsi"nin transfer hədəfindədir
"Bornmut"un futbolçusu Aleks Skott karyerasını "Çelsi"də davam etdirə bilər.
Sportline.az xəbər verir ki, bu haqda "Team Talk" nəşri məlumat yayıb.
23 yaşlı oyunçunun dəyəri 70 milyon avrodur.
Qeyd edək ki, A.Skottun "Bornmut"la sözləşməsi 2028-ci ilin iyun ayına qədərdir.