Abrahamın İspaniya klubuna keçidi gündəmdədir
"Aston Villa"nın hücumçusu Temmi Abraham karyerasını İspaniya La Liqasında davam etdirə bilər.
Sportline.az xəbər verir ki, "Valensiya" ingiltərəli futbolçunu heyətinə qatmaqda israrlıdır.
Bu haqda jurnalist Matteo Moretto məlumat yayıb.
Qeyd edək ki, T.Abraham bu mövsüm meydana çıxdığı 11 matçda 3 qolla yadda qalıb.