Qvardiol "Barselona" yolunda

"Mançester Siti"nin futbolçusu Yosko Qvardiol karyerasını İspaniya La Liqasında davam etdirə bilər.

Sportline.az xəbər verir ki, "Barselona" 24 yaşlı oyunçunu heyətinə qatmaq niyyətindədir.

Bu haqda "El Nacional" nəşri məlumat yayıb.

Qeyd edək ki, Y.Qvardiolun dəyəri 75 milyon avrodur.