“Mançester Yunayted” italiyalı qapıçı ilə maraqlanır
“Mançester Yunayted” “Atalanta”nın qapıçısı Marko Karnesekkini heyətinə qatmaqda maraqlıdır.
Sportline.az xəbər verir ki, İngiltərə klubu 26 yaşlı qolkiperin transferi uğrunda mübarizədə tək deyil. “İnter” də italiyalı futbolçunun xidmətində maraqlıdır.
Karnesekkinin Berqamo təmsilçisi ilə müqaviləsinin müddəti 2030-cu ilin ortalarına qədərdir. Onun bazar dəyəri 40-50 milyon avro arasında qiymətləndirilir.
Qapıçı cari mövsümdə A Seriyasında 11 oyuna çıxıb və bu matçlarda qapısında 20 qol görüb.