“Niko Pazda Messi və Maradonada gördüyüm xüsusiyyətlər var”

Argentina futbolunun tanınmış simalarından Xuan Sebastyan Veron “Komo”nun futbolçusu Niko Pazın potensialını yüksək qiymətləndirib.

Sportline.az xəbər verir ki, o, 22 yaşlı yarımmüdafiəçinin oyununda Lionel Messi və Dieqo Maradonada gördüyü xüsusiyyətlərin olduğunu bildirib. “Niko Paz inanılmaz istedada malikdir.

Hazırkı peşəkarlığını qoruyarsa, gələcək onun olacaq. 22 yaşında elə şeylər edir ki, bunları yalnız Messi və Maradonada görmüşəm”, – Veron deyib.

O, bununla Pazın həmin əfsanələrlə eyni səviyyəyə çatacağını nəzərdə tutmadığını, lakin belə bir potensiala sahib olduğunu vurğulayıb.