"Neftçi" yenidən lider oldu, "Qarabağ" "Kəpəz"ə qarşı

Bu gün keçiriləcək iki oyunla Misli Premyer Liqasında 12-ci tura yekun vurulacaq. 

Sportline.az xəbər verir ki, günün ilk matçı Şamaxıda oynanılıb. Autsayder “Araz-Naxçıvan” liderlər qrupunda qərarlaşan “Neftçi”ni qəbul edib. Oyun qonaqların 3:1 hesablı qələbəsi ilə başa çatıb. Bununla da xallarını 27-ə çatdıran "Neftçi" yenidən liderliyə yüksəlib.

Gəncədə isə “Kəpəz” “Qarabağ”la üz-üzə gələcək. Bu matçda 15363 yerlik Gəncə şəhər stadionunda anşlaq yaşanacağı gözlənilir. Qarşılaşma üçün satışa çıxan bütün biletlər iki gün əvvəldən satılıb. 

22 noyabr (bazar)

14:30. “Araz-Naxçıvan” - “Neftçi” - 1:3 

Qollar: Qustavo Klisman, 19 (0:1), Draqolyub Saviç, 70 (0:2), Qustavo Klisman, 74 (0:3), Rüfət Abbasov, 82-avtoqol (1:3)
Hakimlər: Rəvan Həmzəzadə, Şirmamed Mamedov, Teymur Teymurov, Əliyar Ağayev, Fərid Hacıyev (VAR), Vüsal Məmmədov (AVAR)
Şamaxı şəhər stadionu

17:00. “Kəpəz” - “Qarabağ”
Hakimlər: Rauf Cabarov, Zeynal Zeynalov, Tərlan Talıbzadə, Ruslan Quliyev, Əkbər Əhmədov (VAR), Rəhman İmami (AVAR)
Gəncə şəhər stadionu

Turun digər nəticələri

“Sumqayıt” - “Sabah” - 1:5 

“İmişli” - “Zirə” - 2:2

“Şəfa” - “Qəbələ” - 0:2

“Şamaxı” - “Turan Tovuz” - 0:2 

 

 

Bombardirlər:

Breno Almeyda ("Neftçi") - 9 qol

Coy-Lens Mikels ("Sabah") - 7 qol

Qustavo Klisman ("Neftçi") - 6 qol

Ağadadaş Salyanski ("Araz-Naxçıvan") - 5 qol

Davit Volkov (“Zirə”) - 5 qol

Jo Batista ("Turan Tovuz") - 5 qol