“İnter” onu “Barselona”ya satmaq istəmir

“İnter” rəhbərliyi “Barselona”nın maraq dairəsində olan müdafiəçi Alessandro Bastonini komandadan göndərmək niyyətində deyil.

Sportline.az xəbər verir ki, İtaliya klubu 26 yaşlı futbolçu ilə yeni müqavilə imzalamağı planlaşdırır.

Bastoni 2017-ci ilin yayından “İnter”in formasını geyinir. Onun hazırkı sözləşməsinin vaxtı 2028-ci il iyunun 30-dək qüvvədədir. Müdafiəçi bu mövsüm A Seriyasında 10 matçda meydana çıxıb, 1 qol vurub və 2 məhsuldar ötürmə edib.