Arnold "Real"dan gedir?
“Real” müdafiəçisi Trent Aleksander-Arnoldla yollarını ayırmaq variantını nəzərdən keçirir.
Sportline.az xəbər verir ki, İngiltərə Premyer Liqasının bir neçə klubu 28 yaşlı futbolçunun xidmətində maraqlıdır və onun Madrid təmsilçisindəki vəziyyətini yaxından izləyir. Qarşıdakı transfer pəncərələrində Aleksander-Arnoldun gələcəyi ilə bağlı ciddi dəyişikliklər baş verə bilər.
İngiltərəli müdafiəçi “Real”a ötən ilin yayında “Liverpul”dan keçib. Ancaq o, Madrid təmsilçisinin əsas heyətində özünə daimi yer qazana bilməyib.
Aleksander-Arnoldun “Real”la müqaviləsinin müddəti 2031-ci ilin yayına qədərdir. Onun transfer dəyəri 60 milyon avro qiymətləndirilir.