Azərbaycan millisi Avropa reytinqində ikincidir
Minifutbol üzrə Azərbaycan millisi Avropa reytinqində ikinci pillədə qərarlaşıb.
Bu haqda Sportline.az-a Azərbaycan Minifutbol Federasiyasından məlumat verilib.
Elşad Quliyevin baş məşqçisi olduğu komanda Avropa Minifutbol Federasiyasının açıqladığı reytinqdə 1480 xalla ikinci sırada yer alıb.
Serbiya (1515) birinci, Rumıniya (1200) üçüncü olub.