Mavreb “Blekbern”dən ayrıldı
Toni Mavreb “Blekbern”in baş məşqçisi vəzifəsindən ayrılıb.
Sportline.az xəbər verir ki, 62 yaşlı mütəxəssis səhhətində yaranan problemlərə görə fəaliyyətini dayandırmaq qərarına gəlib. O, açıqlamasında klubun futbolçularına, azarkeşlərinə və rəhbərliyinə təşəkkür edib.
Mavrəb 2024-cü ildə də sağlamlıq problemlərinə görə “Birmingem”dən ayrılmışdı.