“Arsenal”ın futbolçusu ayrılmağa hazırdır

“Arsenal”ın yarımmüdafiəçisi Martin Zubimendi gələcəyi ilə bağlı qeyri-müəyyənlik yaşayır.

Sportline.az xəbər verir ki, ispaniyalı futbolçunun “Çelsi”, “Atletiko” və “Real”ın maraq dairəsində olduğu bildirilir.

“Football Transfers”in AS nəşrinə istinadən yaydığı məlumata görə, futbolçu oyun vaxtının azlığından narazıdır.

Onun mümkün satışından “Arsenal”ın ötən il ödədiyi 70 milyon avronu geri qazanmaq istədiyi qeyd olunur.