Balde qışda İtaliya klubuna keçə bilər

“Sabah”ın UEFA Çempionlar Liqasında rəqibi olan “Barselona”nın müdafiəçisi Alexandro Balde qış transfer dövründə “Yuventus”a keçə bilər.

Sportline.az “Corriere dello Sport”-a istinadən xəbər verir ki, Turin klubu 23 yaşlı futbolçunu satınalma hüququ ilə icarəyə götürməyi nəzərdən keçirir. Kataloniya təmsilçisi bu varianta müsbət yanaşır. Ancaq mümkün razılaşmada satınalma məbləği ən azı 40 milyon avro olmalıdır.

Balde bu mövsümdə bütün turnirlərdə 5 matçda meydana çıxıb.

İspaniyalı müdafiəçinin “Barselona” ilə müqaviləsinin müddəti 2028-ci ilin iyununa qədərdir. “Transfermarkt” portalı onun bazar dəyərini 40 milyon avro qiymətləndirir.