Fabian Ruis karyerasını bu klubda bitirmək istəyir
PSJ-nin yarımmüdafiəçisi Fabian Ruis gələcək karyerası ilə bağlı arzusunu açıqlayıb.
Sportline.az xəbər verir ki, ispaniyalı futbolçu yetirməsi olduğu “Real Betis”ə xüsusi bağlılığını gizlətməyib. O, Andalusiya təmsilçisində formalaşdıqdan sonra peşəkar karyerasında mühüm addımlar atıb.
Ruisin sözlərinə görə, gələcəkdə yenidən doğma klubuna qayıtmaq və futbolçu karyerasını orada başa vurmaq istərdi.
Hazırda PSJ-də çıxış edən yarımmüdafiəçinin Paris klubu ilə müqaviləsi davam edir. Onun açıqlaması İspaniya mətbuatında da maraqla qarşılanıb.