“Napoli” onu satmaq niyyətində deyil

“Napoli” yarımmüdafiəçisi Kevin de Bruyneni qış transfer dönəmində satmağı planlaşdırmır.

Sportline.az xəbər verir ki, belçikalı futbolçuya PSV-nin ciddi maraq göstərməsinə baxmayaraq, Neapol təmsilçisi onu komandada saxlamaq niyyətindədir. “Napoli” De Bruyneni satılması nəzərdə tutulmayan futbolçular siyahısına daxil edib. Niderland klubunun İtaliya təmsilçisinin mövqeyini dəyişməsi üçün kifayət qədər yaxşı təklif irəli sürməsi lazım gələcək.

35 yaşlı yarımmüdafiəçi cari mövsümdə bütün turnirlərdə 15 matçda meydana çıxıb, 4 qol vurub və 2 məhsuldar ötürmə verib.

“Transfermarkt” portalı De Bruynenin bazar dəyərini 8 milyon avro qiymətləndirir. Onun komandası UEFA Çempionlar Liqasının liqa mərhələsinin 7-ci turunda, yanvarın 20-də Bakıdakı Olimpiya stadionunda “Sabah”ın qonağı olacaq.