“Mançester Siti” qışda futbolçu transfer etməyəcək
“Mançester Siti” böyük ehtimalla, qış transfer dönəmində heyətinə yeni futbolçu cəlb etməyəcək.
Sportline.az “İndykaila News”-a istinadən xəbər verir ki, hazırda “şəhərlilər”in transfer planları ilə bağlı mənbələrdən məlumat almağa ehtiyac yoxdur. Belə ki, bütün mənbələr eyni cavabı verir: “Klub növbəti bildirişə qədər yeni futbolçu transfer etməyəcək”.
Daha əvvəl “Mançester Siti” maliyyə pozuntularında təqsirli bilinib. Klub bundan apellyasiya şikayəti versə də, yekun qərarın cari ilin sonuna qədər açıqlanacağı gözlənilmir. Ən ağır ssenaridə “şəhərlilər” çoxsaylı xal itirə, hətta birbaşa Çempionşipə (İngiltərənin ikinci divizionu) göndərilə bilərlər.