"Barselona" müdafiəçisi üçün 40 milyon avro tələb edir

"Barselona" 23 yaşlı futbolçusu Alexandro Balde üçün 40 milyona avro tələb edir.

Sportline.az xəbər verir ki, bu haqda "El Nacional" nəşri məlumat yayıb.

İspaniyalı oyunçu ilə "Yuventus", "Liverpul", "Mançester Yunayted", "Borussiya Dortmund" və "Benfika" yaxından maraqlanır.

Qeyd edək ki, Baldenin "Barselona" ilə sözləşməsi 2028-ci ilin iyun ayına qədərdir.