Yassin Benzianın yeni klubu müəyyənləşib

“Qarabağ”ın sabiq futbolçusu Yassin Benzianın yeni klubu müəyyənləşib.

Sportline.az xəbər verir ki, o, karyerasını Tayland təmsilçisi “Buriram”da davam etdirəcək. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Tərəflər cari mövsümün sonunadək müqavilə imzalayıblar.

32 yaşlı futbolçu 2023-2025-ci illərdə “Qarabağ”da forma geyinib. Onun son klubu Səudiyyə Ərəbistanıda “Əl Feyha” olub.

Xatırladaq ki, Azərbaycan millisinin üzvü Ramil Şeydayev də "Buriram"da çıxış edib. O, 2023-2024-cü illərdə bu komandada oynayıb.