“Qarabağ”ın legioneri millidə qol ötürməsi etdi

“Qarabağ”ın futbolçusu Marko Yankoviçin üzvü olduğu Monteneqro millisi UEFA Millətlər Liqasında növbəti oyuna çıxıb.

Sportline.az xəbər verir ki, səfərdə Kiprin qonağı olan komanda 4:1 hesabı ilə qalib gəlib.

Yankoviç matça start heyətdə başlayıb və sona qədər oynayıb. O, 67-ci dəqiqədə Nikola Kristoviçin vurduğu qolda məhsuldar ötürmə müəllif olub. 

15 noyabr

Kipr - Monteneqro - 1:4
Qollar: İoannis Pittas, 52-pen. – Milutin Osmajiç, 5, Milan Vukotiç, 58, Nikola Krstoviç, 67, 83

Qeyd edək ki, Monteneqro qrupda 16 xalla birinci yerdədir.