“Tottenhem”də xoşbəxtəm”
“Tottenhem”in müdafiəçisi Pedro Porro “Barselona”nın marağına münasibət bildirib.
Sportline.az xəbər verir ki, ispaniyalı futbolçu Kataloniya klubunun prezidenti Joan Laportanın onun oyununu bəyəndiyini öyrəndikdən sonra təəccübləndiyini gizlətməyib.
Porro belə bir klubun diqqətini cəlb etməyin xoş olduğunu söyləyib. Bununla belə, o, hazırda London təmsilçisində xoşbəxt olduğunu və müqaviləsinə hörmət etdiyini vurğulayıb.
27 yaşlı müdafiəçinin sözlərinə görə, hazırda diqqətini İspaniya millisinə yönəldib, gələcəyi ilə bağlı qərar vermək üçün isə tələsmir.
Qeyd edək ki, Porronun “Tottenhem”lə müqaviləsi 2031-ci ilin yayına qədərdir.