Qranit Caka zədələndi

“Sun­derlend”in yarımmüdafiəçisi Qranit Caka İsveçrə millisinin qarşıdakı oyunlarında iştirak etməyəcək.

Sportline.az xəbər verir ki, isveçrəli futbolçu son turda “Çelsi” ilə qarşılaşmanın əvvəlində zədələnərək meydanı tərk edib. Onun baldır nahiyəsində problem olduğu və bazar ertəsi MRT müayinəsindən keçdiyi bildirilir. Müayinədən sonra 33 yaşlı yarımmüdafiəçinin milli komandanın düşərgəsindən ayrılması qərara alınıb.

Klub futbolçunun yaşıl meydanlara qayıdacağı tarixlə bağlı hələlik dəqiq məlumat verməyib.

İsveçrənin NZZ nəşri isə Cakanın təxminən 2-3 həftə yaşıl meydanlardan kənarda qala biləcəyini yazıb.