Sörlot İtaliya klubunun hədəfindədir
“Yuventus” “Atletiko”nun hücumçusu Aleksander Sörlotu heyətinə qatmaqda maraqlıdır.
Sportline.az xəbər verir ki, Turin təmsilçisi 30 yaşlı futbolçunun çıxışını yaxından izləyir.
“Atletiko”nun baş məşqçisi Dieqo Simeone Sörlotu hələ də yüksək qiymətləndirsə də, hücumçu artıq onun əsas seçimlərindən biri deyil. Madrid klubu “Yuventus”la yaxşı münasibətlərini də nəzərə alaraq, norveçli futbolçunun satışına qarşı çıxmaya bilər.
Sörlot cari mövsümdə bütün turnirlərdə 6 oyuna çıxıb. “Transfermarkt” portalı onun bazar dəyərini 15 milyon avro qiymətləndirir.