İspaniya Çexiyanı sınağa çəkəcək
UEFA Millətlər Liqasında 5-ci tura start verilir.
Sportline.az xəbər verir ki, son Dünya çempionu İspaniya A Liqasının 3-cü qrupunda səfərdə Çexiya ilə qarşılaşacaq. Çexiya seçməsində itkilərin sayı kifayət qədərdir. Robin Hranaç, Pavel Sulç, Ondrey Linqr, Ondrey Kriçfalusi, Mikal Saçek və Adam Karabec baş məşqçi Santi Denianın sərəncamında olmayacaq.
İspaniyada Lamin Yamal və Mikel Oyarzabal zədədən əziyyət çəkir. Çexiya – İspaniya oyunu bu gün Bakı vaxtı ilə saat 23:45-də başlanacaq.