Noyer karyerasını bitirir?

“Bayern”in zədəli qapıçısı Manuel Noyer cari mövsümün ortasında futbolçu karyerasını başa vurmağı planlaşdırmır.

Sportline.az xəbər verir ki, 40 yaşlı qolkiperin planı mövsümün sonuna qədər meydana çıxmaqdır. Noyerin yayda karyerasını başa vuracağına 99,9 faiz ehtimal verilir.

Almaniya Bundesliqasının 9-cu turunda, “Maynts”la matçda (2:1) zədələnən almaniyalı qapıçının sağ ayağının vətərində qismən yırtıq aşkarlanıb.

Noyerin “Bayern”lə müqaviləsinin müddəti 2027-ci ilin yayına qədərdir. O, 2011-ci ildən Münhen təmsilçisinin formasını geyinir. Qapıçı bu müddətdə 13 dəfə Almaniya çempionu olub, 8 ölkə superkuboku, 6 Almaniya kuboku, həmçinin, iki dəfə UEFA Çempionlar Liqası, UEFA superkuboku və Klublararası dünya çempionatının qalibi adını qazanıb.