Lixtenşteyn - Azərbaycan oyununun hakimləri açıqlandı
UEFA Millətlər Liqasının D Liqasında keçiriləcək Lixtenşteyn - Azərbaycan oyununun hakimləri açıqlanıb.
Sportline.az UEFA-nın saytına istinadən xəbər verir ki, matçı Estoniyadan olan hakimlər briqadasına tapşırılıb.
Oyunun baş hakimi Kristo Tohver olacaq. Ona yan xətdə Silver Koiv və Sander Saqa köməklik göstərəcək. Dördüncü hakim funksiyasını Yonas Yanovits yerinə yetirəcək.
VAR-da Marko Liva, AVAR-da Yuri Frişer olacaq.
Qeyd edək ki, noyabrın 13-də Vaduts şəhərində keçiriləcək Lixtenşteyn - Azərbaycan oyunu Bakı vaxtı ilə saat 23:45-də start götürəcək.