“Bayern” 33 yaşlı qapıçı ilə maraqlanır

“Bayern” “Şalke”nin qapıçısı Loris Kariusun xidmətində maraqlıdır.

Sportline.az xəbər verir ki, Münhen klubunun rəhbərliyi 33 yaşlı futbolçunun təcrübəsini yüksək qiymətləndirir. Onun son oyunlardakı çıxışı da klub rəsmilərinin diqqətini çəkib. Qolkiper Münhen klubunun transfer siyahısına daxil etdiyi əsas namizədlərdən biridir.  

Kariusun “Şalke” ilə müqaviləsinin müddəti 2028-ci ilin ortalarına qədər qüvvədədir. O, bu mövsüm Bundesliqada 9 oyuna çıxıb, 11 qol buraxıb və 3 matçda qapısını toxunulmaz saxlayıb. Bu oyunlardan biri məhz “Bayern”ə qarşı olub.