“Tottenhem” və “Çelsi” fransalı müdafiəçiyə göz dikib

“Lans”ın müdafiəçisi İsmaelo Qaniu İngiltərə Premyer Liqasına keçə bilər.

Sportline.az xəbər verir ki, fransalı futbolçunun çıxışını bir neçə klub yaxından izləyir. Onların arasında “Tottenhem” və “Çelsi” də var. İngiltərənin hər iki klubu müdafiə xəttini gücləndirməyi planlaşdırır.

Qaniu bu mövsüm bütün turnirlərdə 8 oyuna çıxıb və 1 qol vurub. Onun “Lans”la müqaviləsinin müddəti 2030-cu ilə qədər qüvvədədir.