İnzaqi “Əl-Hilal”dan ayrılmaq qərarına gəlib

“Əl-Hilal”ın baş məşqçisi Simone İnzaqi mövsümün sonunda komandadan ayrılmaq qərarına gəlib.

Sportline.az xəbər verir ki, italiyalı mütəxəssis klubla müqaviləsini yeniləmək niyyətində deyil.  

İnzaqi 2025-ci ilin yayından “Əl-Hilal”a rəhbərlik edir. Onun illik qazancı 26 milyon avrodur. Tərəflər arasındakı müqavilənin müddəti 2028-ci ilin iyununda başa çatacaq.