“Çempionlar Liqası həm mənim, həm də komandamızın növbəti böyük hədəfidir"

“Bayern”in və İngiltərə millisinin hücumçusu Harri Keyn futboldakı növbəti hədəfindən danışıb.

Sportline.az xəbər verir ki, ingiltərəli forvard UEFA Çempionlar Liqasının qalibi olmağı arzuladığını bildirib:

“Çempionlar Liqası həm mənim, həm də komandamızın növbəti böyük hədəfidir. 2029-cu ilə qədər burada olacam. Ən azı bir dəfə Çempionlar Liqasını qazanmaq istəmədiyimi desəm, yalan danışmış olaram”.

33 yaşlı hücumçu daha əvvəl klubla müqaviləsinin müddətini 2028/29 mövsümünün sonuna qədər uzadıb. O, 2026-cı ildə “qızıl top” mükafatına sahib çıxıb. Onun komandası Çempionlar Liqasının liqa mərhələsində 4 turdan sonra 8 xal toplayıb və turnir cədvəlinin 13-cü pilləsində qərarlaşıb.