"Liverpul"dan Van Dayk qərarı
“Liverpul”un 35 yaşlı müdafiəçisi Vircil van Daykın gələcəyi ilə bağlı yeni məlumat yayılıb.
Sportline.az xəbər verir ki, mersisaydlıların rəhbərliyi niderlandlı futbolçuya müddəti 2028-ci ilə qədər nəzərdə tutulan yeni müqavilə təklif etmək qərarına gəlib.
Van Dayk komandanın baş məşqçisi Andoni İraola üçün çox vacib fiqurdur. Müdafiəçinin komandada saxlanılmasında israr edən də məhz ispaniyalı mütəxəssis olub.
Vircil van Dayk bu mövsüm bütün turnirlərdə 14 oyuna çıxıb. Onun “Liverpul”la müqaviləsinin müddəti gələn yay başa çatacaq.