“Sumqayıt”ın legioneri milliyə çağırılıb

“Sumqayıt”ın futbolçusu İmani Barker Qayana yığmasına dəvət alıb.

Sportline.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 

Barker CONCACAF Millətlər Liqasının B Liqası çərçivəsində Kayman Adaları və Puerto Riko ilə qarşılaşmalarda meydana çıxa bilər. Qarşılaşmalar noyabrın 12-si və 16-da keçiriləcək.