“Barselona”nın sabiq hücumçusu İngiltərə klubuna keçə bilər
“Palmeyras”ın hücumçusu Vitor Roke karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
Sportline.az xəbər verir ki, braziliyalı futbolçu “Mançester Yunayted”, “Çelsi”, “Tottenhem” və “Everton”un diqqət mərkəzindədir.
Roke daha əvvəl Avropada “Barselona” və “Betis”in formasını geyinib. 21 yaşlı futbolçu 2025-ci ilin əvvəlindən isə “Palmeyras”da çıxış edir. Onun Braziliya klubu ilə müqaviləsinin müddəti 2029-cu ilin dekabrına qədər qüvvədədir.