“Karyeramın fərqli inkişaf edəcəyini düşünürdüm"

Markus Reşford keçmiş klubu “Mançester Yunayted”dəki karyerasının gözlədiyi kimi alınmadığını etiraf edib.

Sportline.az xəbər verir ki, ingiltərəli hücumçu vaxtilə Ueyn Runinin qol rekorduna yaxınlaşmağı arzuladığını bildirib.

“Karyeramın fərqli inkişaf edəcəyini düşünürdüm. Amma hər şey istədiyim kimi alınmadı”, – deyə Reşford söyləyib.