“Barselona” Madriddə qələbə qazandı
İspaniya La Liqasında XII turun növbəti oyunu keçirilib.
Sportline.az xəbər verir ki, “Atletiko Madrid” doğma meydanda “Barselona”nı qəbul edib.
Qarşılaşma Kataloniya təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Matçda hesabı 10-cu dəqiqədə meydan sahiblərinin futbolçusu Culiano Simeone açıb. Lakin “Barselona” fasiləyə qədər tarazlığı bərpa edib. Fermin Lopes 45-ci dəqiqədə fərqlənib.
İkinci hissədə də hücumlarını davam etdirən qonaqlar 66-cı dəqiqədə önə keçiblər. Lopes özünün və komandasının ikinci qolunu vuraraq yekun nəticəni müəyyənləşdirib.
Qeyd edək ki, "Barselona" bu nəticə ilə liderliyini davam etdirir.