“Beşiktaş” və “Fənərbaxça”dan darmadağın
Türkiyə Super Liqasında 11-ci tura yekun vurulub.
Sportline.az xəbər verir ki, son gündə 4 oyun baş tutub.
“Rizəspor” evdə “Ərzurumspor”a qalib gəlib. Ərzurum təmsilçisinin azərbaycanlı futbolçusu Nəriman Axundzadə bu görüşdə sonadək ehtiyatda qalıb.
“Fənərbaxça” səfərdə “Çorum”a, “Trabzonspor” “Alanyaspor”a, “Beşiktaş” isə “Gənclərbirliyi”nə quru hesabla qalib gəlib.
Türkiyə Super Liqası
11-ci tur
6 noyabr
Qaziantep – Kasımpaşa 0:2
7 noyabr
Eyüpspor – Kocaelispor 0:2
Samsunspor – Konyaspor 1:0
Qalatasaray – Amedspor 4:3
Göztəpə – Başakşəhər 1:2
8 noyabr
Rizəspor – Ərzurumspor 2:1
Çorum – Fənərbaxça 0:5
Alanyaspor – Trabzonspor 0:2
Beşiktaş – Gənclərbirliyi 3:0