Mahirdən daha bir məhsuldar ötürmə

Polşa Ekstraklasasında 14-cü turun oyunları keçirilir.

Sportline.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin çıxış etdiyi “Rakuv” səfərdə “Legiya”nın qonağı olub.

Qarşılaşma “Rakuv”un 4:2 hesablı qələbəsi ilə başa çatıb. Emreli keçmiş komandasına qarşı oyuna start heyətində başlayıb. O, görüşün 58-ci dəqiqəsində komandasının vurduğu iki qolda məhsuldar ötürmə müəllifi olub, 73-cü dəqiqədə isə əvəzlənib.

Bu qələbədən sonra xallarının sayını 12-yə çatdıran “Rakuv” turnir cədvəlinin 16-cı pilləsində qərarlaşıb.