“Monako” xal itirdi, “Lans” evdə uduzdu
Fransa Liqa 1-də 10-cu tura yekun vurulub.
Sportline.az xəbər verir ki, son gündə 6 oyun baş tutub.
“Le Man”ın qonağı olan “Monako” xal itiribsə, “Brest” Lion “Olimpik”inə qalib gəlib. “Renn” evdə “Lill”ə, “Anje” “Nitsa”ya, “Havr” “Loryan”a, “Lans” isə Marsel “Olimpik”inə uduzub.
Fransa Liqa 1
10-cu tur
6 noyabr
Tuluza – Strasburq 3:1
7 noyabr
Oser – Paris 0:1
PSJ – Trua 1:0
8 noyabr
Renn – Lill 1:2
Anje – Nitsa 0:2
Brest – Olimpik (Lion) 2:0
Havr – Loryan 0:2
Le Man – Monako 1:1
Lans – Olimpik (Marsel) 1:2