"İmişli" - "Sumqayıt" matçında heç-heçə, “Sabah” - “Şamaxı”ya qarşı

Bu gün Misli Premyer Liqasında 11-ci tura yekun vurulacaq.

Sportline.az xəbər verir ki, son oyun gününə nəzərdə tutulan 2 matçdan biri artıq başa çatıb.

Əvvəlcə "İmişli" "Sumqayıt"ı qəbul edib. Görüş qolsuz heç-heçə ilə başa çatıb.

Günün və turun son matçında isə "Şamaxı" "Sabah"ın qonağı olacaq.

Qeyd edək ki, Vətən müharibəsində şanlı qələbəmizin 6-cı ildönümü ilə əlaqədar olaraq Misli Premyer Liqasının 11-ci turu Peşəkar Futbol Liqası tərəfindən “Zəfər turu” elan edilib. 

8 noyabr (bazar)

15:00.“İmişli” – “Sumqayıt” - 0:0
Hakimlər: Əkbər Əhmədov, Akif Əmirəli, Müslüm Əliyev, Namiq Bəkirov, Cavid Cəlilov (VAR), Pərvin Talıbov (AVAR)
Yevlax şəhər stadionu

17:30.“Sabah” – “Şamaxı”
Hakimlər: Kamal Umudlu, Namiq Hüseynov, Vüsal Məmmədov, Nicat İsmayıllı, Rəvan Həmzəzadə (VAR), Eyyub İbrahimov (AVAR)
“Sabah Arena”

Turun digər nəticələri

“Qarabağ” - “Turan Tovuz” - 0:1

“Neftçi” - “Kəpəz” - 1:0

“Zirə” - “Qəbələ” - 2:1

“Şəfa” - “Araz-Naxçıvan” - 2:2 

 

 

Bombardirlər:

Breno Almeyda ("Neftçi") - 9 qol

Coy-Lens Mikels ("Sabah") - 6 qol

Aleksey Kaşuk ("Qarabağ") - 4 qol

Joarlem Santos ("Turan Tovuz") - 4 qol

Ağadadaş Salyanski ("Araz-Naxçıvan") - 4 qol