Maksimov “Şəfa” ilə heç-heçəni dəyərləndirdi
"Araz-Naxçıvan"ın baş məşqçisi Yuri Maksimov Misli Premyer Liqasının 11-ci turu çərçivəsində "Şəfa" ilə heç-heçə etdikləri matç (2:2) barədə fikirlərini bölüşüb.
Sportline.az xəbər verir ki, mütəxəssis matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.
“Matç bərabər mübarizə şəraitində keçdi. Nəticəyə baxmayaraq komandamın oyunundan razı qaldım. Sadə səhvlərdən iki qol buraxdıq. Heyətlə bağlı itkilərimiz var idi, buna görə də ehtiyat oyunçular skamyamız geniş deyildi. Qarşıda iki həftəlik fasilə olacaq və bundan səmərəli istifadə etməyə çalışacağıq.
Azərbaycan xalqını qarşıdan gələn Zəfər Günü münasibətilə təbrik edirəm. Hazırda Ukraynada da müharibə davam edir. Bu səbəbdən sizin yaşadıqlarınızı yaxşı anlayırıq”.
- Komanda ilk dövrəni qələbə qazanmadan başa vurdu. Nəticələri yaxşılaşdırmaq üçün 2 həftəlik fasilədə hansı addımları atacaqsınız?
- Zədəli futbolçularımız var. “Zirə” ilə matçda da üç oyunçumuz zədələndi. İki həftəlik fasilədə onların sıraya dönəcəyini gözləyirik. Bu müddətdə məşqlərimizi davam etdirəcəyik.
- Növbəti turda lider “Neftçi” ilə qarşılaşacaqsınız. Futbolçuları bu oyuna kökləmək çətin olmayacaq?
- Turnir cədvəlinin sonuncu pilləsində olsaq da, hər matça qələbə qazanmaq üçün çıxırıq.
- Fasilədə yoxlama oyunu keçirməyi planlaşdırırsınız?
- Hazırda əsas məqsəd zədəli futbolçuların komandaya qayıtmasıdır. Onlar bizim üçün vacib oyunçulardır.