“Tottenhem” son dəqiqələrdə məğlub oldu
İngiltərə Premyer Liqasının 2026/2027 mövsümünün 10-cu turunda “Lids” doğma meydanda “Tottenhem”i məğlub edib.
Sportline.az xəbər verir ki, “Elland Roud” stadionunda keçirilən görüş meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Oyunda yeganə qol 79-cu dəqiqədə vurulub. “Lids”in hücumçusu Noa Okafor fərqlənib. İsveçrəli futbolçu cəmi iki dəqiqə əvvəl meydana daxil olub.
Bu qələbədən sonra xallarını 14-ə çatdıran “Lids” turnir cədvəlində 8-ci pilləyə yüksəlib. 12 xalı olan “Tottenhem” isə 10-cu yerdə qərarlaşıb.
Qeyd edək ki, “Tottenhem” hesabda 0:1 geriyə düşdüyü 39 matçın yalnız 9-da heç-heçə edə bilib. Qalan 30 qarşılaşmada isə məğlubiyyətlə üzləşib.