“Kəpəz” yoxlama oyunu keçirəcək

“Kəpəz”in milli komandaların oyunları ilə əlaqədar yaranmış fasilə dövründəki hazırlıq planı bəlli olub.

Sportline.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Gəncə təmsilçisi 4 günlük istirahətdən sonra noyabrın 10-da məşqləri bərpa edəcək.

Azər Məmmədovun rəhbərlik etdiyi kollektiv hazırlıq çərçivəsində bir yoxlama matçı keçirəcək. “Kəpəz” noyabrın 14-də Gəncə şəhər stadionunun ehtiyat meydançasında I Liqa təmsilçisi “Gəncəbasar”la qarşılaşacaq.

Qeyd edək ki, “Kəpəz” fasilədən sonra Misli Premyer Liqasının 12-ci turunda, noyabrın 22-də doğma meydanda “Qarabağ”ı qəbul edəcək.