“Qalatasaray”a Osimhen şoku

“Qalatasaray”ın hücumçusu Viktor Osimhen bir müddət yaşıl meydanlardan uzaq qalacaq.

Sportline.az xəbər verir ki, bu barədə türkiyəli insayder Yağız Sabuncuoğlu məlumat yayıb.

Onun sözlərinə görə, nigeriyalı futbolçu 2-3 həftə komandasına kömək edə bilməyəcək.

27 yaşlı hücumçunun qarşıdakı oyunları buraxacağı gözlənilir.