“Belə davam edə bilmərik”

"Liverpul”un kapitanı Vircil van Deyk “Fənərbaxça”ya 2:3 hesablı məğlubiyyətdən sonra komandasının müdafiə oyununu tənqid edib.

Sportline.az xəbər verir ki, niderlandlı futbolçu ardıcıl avrokubok matçlarında qapılarında üç qol görmələrinin qəbuledilməz olduğunu bildirib. “Bu, davamlı ola bilməz. Buraxdığımız qolların xarakteri xüsusilə məyusedicidir. 

Üzərində işləməli olduğumuz çox şey var”, – deyə müdafiəçi vurğulayıb.