“Barselona”nın iki müdafiəçisi zədəsini sağaldıb
“Barselona”nın müdafiəçiləri Erik Qarsiya və Andreas Kristensen zədələrini sağaldıblar.
Sportline.az xəbər verir ki, hər iki futbolçunun tibbi heyətin icazəsini alaraq məşqlərə və oyunlara qayıtmağa hazır olduğu bildirilib. Onlar bu gün “Atletiko” ilə keçiriləcək qarşılaşmada iştirak edə bilərlər.
Andreas Kristensen La Liqanın 7-ci turunda “Sevilya” ilə keçirilən oyunda (3:1) zədələnib. Erik Qarsiyada isə UEFA Çempionlar Liqasında PSJ ilə matçdan (2:4) əvvəl sağ bud əzələsinin zədələndiyi aşkarlanıb.