“Mançester Yunayted”in hücum xəttinə 3 namizədi var
“Mançester Yunayted” qış transfer dövründə hücum xəttini gücləndirməyi planlaşdırır.
Sportline.az “Football365.com”-a istinadən xəbər verir ki, “qırmızı şeytanlar” İngiltərə Premyer Liqasında çıxış təcrübəsi olan hücumçu transfer etmək niyyətindədirlər.
Klubun diqqət mərkəzində üç futbolçu var. Bunlar “Lids”in hücumçusu Dominik Kalvert-Luin, “Kristal Pelas”ın forvardı Jan-Filipp Mateta və hazırda Səudiyyə Ərəbistanının “Əl-Əhli” klubunda çıxış edən, əvvəllər “Brentford”un formasını geyinmiş İvan Tonidir.