"Aston Villa" yeni qapıçı axtarışına çıxıb

Argentinanın “River Pleyt” klubunun qapıçısı Santyaqo Beltran İngiltərə Premyer Liqasına keçə bilər.

Sportline.az xəbər verir ki, “Aston Villa” 22 yaşlı futbolçu ilə maraqlanır. Klub qolkiperi qış transfer pəncərəsində heyətinə qatmağı planlaşdırır və onun üçün təxminən 13 milyon avro təklif etməyə hazır olduğu bildirilir.

Beltran 2025-ci ildən “River Pleyt”də çıxış edir. Argentinalı qapıçının klubla müqaviləsinin müddəti 2027-ci ilin dekabrına qədər qüvvədədir.