U-17-nin seçmə mərhələ üçün heyəti müəyyənləşib

17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının 2026/2027-ci illər mövsümündə UEFA Avropa çempionatının seçmə mərhələsinin I raundunda iştirak edəcək heyəti müəyyənləşib.

Sportline.az-ın AFFA-nın saytına istinadən xəbər verir ki, 21 futbolçudan ibarət komandamız noyabrın 9-dan 19-dək Almaniyanın Frankfurt şəhərində olacaq.

Millimizin heyətini təqdim edirik:

Oqtay Mehrəliyev (klubsuz), Bilal Hacıyev (“Qarabağ”), Ülvi Abbaslı (“Sumqayıt”), Vaqif Nəbiyev (“Qarabağ”), Cihad Sadıqov (“Sabah”), Ruslan Quliyev    (“Neftçi”), Turan Ramazanv (“Turan Tovuz”), Emil Quliyev (“Neftçi”), Tunar Bayramov (“Qarabağ”), Vaqif Məmmədli (“Sabah”), Nicat Əhmədzadə (“Marcet”, İspaniya), Əhəd Hacızadə (“Qarabağ”), Yusif Orucəliyev (“Qarabağ”), Şikar Şikar (“Neftçi”), Tunar Əsgərzadə (“Qarabağ”), Rəsul Balakişiyev (“İmişli”), Sübhan Əlizadə (“Neftçi”), Qafar Babayev (“Neftçi”), Nazim Əliyev (“Qrafiçar”, Serbiya), Yusif Quliyev (“Qarabağ”), Daniil Rəcəbov    (“Qarabağ”).

Qeyd edək ki, millimiz seçmə mərhələ çərçivəsində noyabrın 11-də Bakı vaxtı ilə saat 14:00-da Almaniya, noyabrın 14-də saat 19:30-da Şimali İrlandiya, noyabrın 17-də saat 14:00-da isə Litva yığması ilə qarşılaşacaq. İlk iki oyun "DFB Kampus"da, sonuncu görüş isə "Nidda-Sportfeld"də keçiriləcək.