“Real”ın qapıçısı millidən kənarda qaldı
Ukrayna millisinin məşqçilər heyəti “Real”ın qapıçısı Andrey Lunini UEFA Millətlər Liqasının qrup mərhələsində keçiriləcək qarşılaşmalar üçün heyətə dəvət etməyib.
Sportline.az Ukrayna Futbol Assosiasiyasının “YouTube” kanalına istinadən xəbər verir ki, “göy-sarılar”ın baş məşqçisi Andrea Maldara bu qərarını belə izah edib:
“Son bir ay ərzində o, cəmi bir oyunda iştirak edib. Bizim başqa variantlarımız da var. Ardıcıllığı qorumaq istədim. Müntəzəm oyun praktikası qazanarsa, onu yenidən millidə görməkdən məmnun olarıq”.
Ukrayna millisini noyabrda iki oyun gözləyir. Maldaranın rəhbərlik etdiyi komanda Gürcüstan və Şimali İrlandiya yığmaları ilə qarşılaşacaq.